MƏDƏNİYYƏT


İşğaldan azad olunmuş torpaqlar haqqında silsilə videoçarxlar hazırlanır

Bakı, 27 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şücaətli Azərbaycan ordusunun uğurları” layihəsini uğurla davam etdirir. Layihə çərçivəsində videoçarxlar hazırlanır və kitabxananın sosial şəbəkələri vasitəsilə təqdim olunur.

AZƏRTAC xəbər verir ki, videoçarxlarda Azərbaycan ordusunun silsilə qalibiyyətləri zamanı işğaldan azad olunmuş torpaqlar haqqında informasiyalar virtual oxuculara çatdırılır.

Kitabxananın təqdim etdiyi növbəti videoçarxda Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı işğaldan azad edilmiş digər kəndləri haqqında da ümumi məlumatı əks olunub.

Videoçarx Çinarə Məlikzadənin “Azərbaycan” mahnısının müşayiəti altında nümayiş olunub.

Qeyd edilən videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.