CƏMİYYƏT


İşğaldan azad olunmuş torpaqların sakinləri Müzəffər Ali Baş Komandana minnətdardırlar

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.

İşğaldan azad olunmuş rayonların qəbulda iştirak edən sakinləri dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədiklərini bildirərək onlara yaşatdığı hədsiz sevinc və qürur hisslərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.