DÜNYA


İşıq çirklənməsi yeni ekoloji problemdir

Berlin, 18 mart, AZƏRTAC

Almaniya Yer Tədqiqatları Mərkəzinin (Potsdam) alimləri müəyyən ediblər ki, işıq çirklənməsi (işıq küyü, işıq smoqu) ekoloji sistemi pozur, yuxusuzluq, başağrısı, güclü əsəbilik, psixi problemlər yaradır. İşıq çirklənməsi istər bitkilərin, istərsə də heyvanların bioritmlərinə pis təsir göstərir.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə görə, gecə saatlarında gur işıq yuxunu pozur, endokrin sisteminin fəaliyyətini tənzimləyən və qocalma prosesini zəiflədən hormonun – melaninin əmələ gəlməsinin qarşısını alır. Bu, hətta işıq yataq otağının, yaxud evin hüdudlarından kənarda olsa belə baş verir. Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar hələlik yoxdur. Bu da problemi ağırlaşdırır. Bircə bunu xatırlamaq kifayətdir: görəsən, şəhərdə olan zaman ulduzlar səpələnmiş gecə səmasını sonuncu dəfə nə vaxt görmüşük...

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.