İQTİSADİYYAT


“İşıqlı Azərbaycan” respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ASC-nin 5 illiyinə həsr olunmuş "İşıqlı Azərbaycan" respublika rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, rəsm müsabiqəsi Bakı şəhərində və respublikamızın regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında 2 mərhələdən ibarət olmaqla 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilib. Müsabiqəyə ölkə üzrə 52 Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 200-dən çox rəsm əsərləri göndərilib.

Müsabiqə ölkəmizi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edən ASC-nin fəaliyyətində vətəndaş məmnunluğunu ifadə etmək, elektrik enerjisinin israfçılığının qarşısını almaq, elektrik enerjisinə qənaət etmək, dünyada koronavirus infeksiyasının yaratdığı pandemiya ilə əlaqədar ev şəraitində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, izolyasiya müddətində qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsini təmin etmək məqsədilə keçirilib.

Münsiflər heyəti tərəfindən seçilən qaliblər ASC tərəfindən diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.