İDMAN


İsko “Real Madrid”dən ayrılmaq istəmir

Bakı, 11 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun futbolçusu İsko komandada qalmaq istəyir.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, ispaniyalı futbolçu müqaviləsinin sonunadək “kral” klubunun heyətində qalmaq niyyətindədir. Müqavilə 2022-ci ilin yayınadək nəzərdə tutulur.

Bildirilir ki, “Real Madrid” qış transfer pəncərəsində futbolçunu yaxşı qiymətə satmaq istəyir. Onunla “Mançester Siti”, “Milan”, “Çelsi”, “Barselona” və “Yuventus” klubları maraqlanır.

Cari mövsüm İsko 9 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.

İsko “Real Madrid”dən əvvəl “Malaqa” və “Valensiya” komandalarında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.