İQTİSADİYYAT


“İslahat İcmalı” Azərbaycanın bu ilki beynəlxalq reytinqlərinə həsr olunub

Bakı, 19 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Prezident İlham Əliyevin apardığı islahatlar nəticəsində Azərbaycanın 2021-ci ildə beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinə həsr olunub.

İİTKM-dən AZƏRTAC-a verilən məlumata görə icmalda göstərilir ki, Azərbaycanın mövqeyi “Doing business 2020” hesabatında 6 pillə yüksələrək 190 ölkə arasında 28-ci olub. “Heritage Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. 2021-ci ildə açıqlanmış Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Qlobal kibertəhlükəsizlik indeksi 2020”də Azərbaycan 15 pillə irəliləyib. “Uşaq Hüquqları Fondu” və “Erasmus Rotterdam İnstitutu”nun “Uşaq Hüquqları İndeksi 2021” hesabatına görə Azərbaycan 2020-ci illə müqayisədə 3 pillə irəliləyib. UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə Azərbaycan regional liderliyini qoruyub.

“İslahat İcmalı” ilə bu link - https://bit.ly/3kzytqi vasitəsilə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.