Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İslahatlar Azərbaycanın bank sistemini necə formalaşdırır?

İslahatlar Azərbaycanın bank sistemini necə formalaşdırır?

Bakı, 8 iyul, AZƏRTAC

Möhkəm təməllər əsasında fəaliyyət göstərən, xarici şok effektlərini və riskləri absorbsiyaetmə qabiliyyətinə malik dayanıqlı bank sisteminin formalaşdırılması ölkəmiz üçün əsas prioritetlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərin icrası artıq öz müsbət nəticələrini göstərməkdədir. Azərbaycanın bank sisteminin cari analizləri sektorun dayanıqlılıq və inkişaf templərinin bərpa edildiyini, aparılan maliyyə islahatlarının öz müsbət nəticələrini göstərdiyini deməyə əsas verir. Belə ki, müvafiq Strateji Yol xəritələrində və aidiyyəti dövlət proqramlarında bank sektorunun post-neft dövrünün iqtisadi tələblərinə uyğunlaşması, mövcud problemlərin həllinin davamlı inkişafı təmin edəcək yeni avanqard sektorların üzərində fokuslanmaqdan keçdiyi təsbit olunub.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov deyib.

O bildirib ki, yüksək açıq valyuta mövqeyi saxlayan bankların devalvasiya zamanı öhdəlik və aktivləri arasındakı disbalansın qarşısının alınması məqsədilə islahatlar çərçivəsində görülən preventiv tədbirlər öz effektini göstərib, bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən makroindikativ göstəricilərinin müsbət dinamikası saxlanılıb. Bank sektorunun maliyyə dayanıqlılığı indeksi göstəricilərinin analizləri -kapitallaşma səviyyəsi, likvidlik riskləri, rentabellik, bazar riski göstəriciləri və aktivlərin keyfiyyətini əks etdirən göstəricilər sektor üzrə risklərin azaldığını göstərir. Belə ki, sektorun aktivləri ötən il 1,5 milyard manat artaraq 29,5 milyard manata çatıb ki, bu da 2017-ci illə müqayisədə 5,6 faizlik artım deməkdir. Digər mühüm bir göstərici kimi isə 2016-cı ildə bank sektorunun xalis zərəri 1,6 milyard manat təşkil etdiyi halda, ötən ilin yekunları üzrə 279 milyon manat xalis mənfəət əldə olunduğunu qeyd edə bilərik. Bank aktivlərinin və kapitalın səmərəlilik göstəriciləri, ROA və ROE əmsalları da 2017-ci ildən başlayaraq müsbət rəqəmlərlə ifadə olunmaqdadır. Həmçinin 2017-ci ilə nəzərən keçən il cəmi aktivlərin qeyri-neft ÜDM-ə nisbəti 1,16 faiz artaraq 70,94 faizə çatıb. Bank sektorunda işçi sayı da dinamik inkişaf meyili izləyib və cari ilin birinci rübünün yekunlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artıb ki, bu da sektorda əhəmiyyətli canlanmanın baş verdiyini göstərir.

A.Müseyibov qeyd edib ki, geniş spektrli sanasiya tədbirlərinin görülməsi, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Təkcə ötən il 2017-ci illə müqayisədə qeyri-işlək kreditlərin həcmində 1,67 faizlik azalma qeydə alınıb.

“Digər mühüm bir məqam isə ondan ibarətdir ki, son 1 ildə bank sektorunda ötən illərə nəzərən ortodoks ekspansionist siyasət yürüdülsə də, qeyri-işlək aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalma istiqamətində davam edib. Bu isə sektorda risk əsaslı nəzarət mexanizmləri çərçivəsində təkmil risk mitigasiya alətlərindən istifadəyə əsaslanan kredit qərarlarının verildiyini göstərir. Digər tərəfdən bu il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəminlər yaradıb. Müvafiq fərman sağlam kredit ekosistemi üçün şərait yaratmaqla birlikdə, yeni likvid vəsaitlərin real sektora yönlənməsi və nəticədə makroiqtisadi mühitin bir xeyli yaxşılaşmasına səbəb olacaq. Artıq fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynayacağı rolu nüfuzlu beynəlxalq reytinq agentlikləri də təsdiq edirlər. Belə ki, “Moody’s” beynəlxalq reytinq agentliyi ölkənin bank sektoru üçün son illərin ən pozitiv proqnozunu açıqlayıb. Agentlik Azərbaycan üzrə proqnozlarına dəyişiklik edərək qeyri-işlək kreditlərin həcmi üzrə proqnoz göstəricisinin cari ilin sonuna 12 faizdən 10 faizədək azalacağını bildirib. Bu isə ölkədə aparılan köklü iqtisadi islahatların və icra edilməkdə olan layihələrin ölkənin maliyyə-bank sektoru üçün nə qədər faydalı olduğunu, həmçinin qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması istiqamətində hədəflənmiş göstəricilərə nail olunacağını əminliklə söyləməyə əsas verir”, - deyə maliyyə analitiki bildirib.

O deyib: “İqtisadiyyatda yüksək risklərin olması bankları mühafizəkar və məhdudlaşdırıcı kredit siyasətinə vadar edir ki, bunun da nəticəsində maliyyə institutları üçün izafi likvidlik, aşağı gəlirlilik formalaşır. Eyni zamanda, iqtisadi kontragentlərin böhran dövründəki passiv borclanma siyasəti ümumi iqtisadi fəallığın və biznes mühitinin geriləməsinə səbəb olur. Hazırkı mərhələdə isə bank sektoruna etimadın institusional alətlər vasitəsilə tamamilə bərpa edildiyini deyə bilərik. Cari və ötən dövrün təhlilləri ev təsərrüfatlarının öz yığımlarını bank sektoruna etibar etməkdə davam etdiyini və fiziki şəxslərin banklara olan etimadının artdığını göstərir”.

Manatın devalvasiyası nəticəsində xarici iqtisadi şokların təsiri ilə əhalinin banklardakı əmanətlərinin azalması tendensiyasının 2017-ci ilin ortalarından etibarən dayandığını və əksinə əmanətlərin məbləğinin pozitiv dinamika ilə artmaqda olduğunu deyən analitik ötən ilin yekunlarına əsasən, fiziki şəxslərin banklardakı əmanətlərin həcmi 8 milyard 375 milyon manata çatıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 12,44 faiz, 2017-ci illə müqayisədə isə 10,77 faiz artım deməkdir. Adambaşına düşən əmanətlərin məbləği də ötən dövr ərzində davamlı olaraq artıb, keçən ilin yekunlarına görə, 2017-ci illə müqayisədə 9,78 faiz artaraq 846,16 manat təşkil edib.

“Manatın mübadilə məzənnəsində müşahidə olunan volatilliyin azalması əmanətlərin strukturu üzrə keyfiyyət göstəricilərinə də öz təsirini göstərib. Belə ki, ölkə əhalisinin həm bank sisteminə, həm də milli valyutaya olan inamının göstəricisidir ki, son 3 ilin statistik göstəricilərinə əsasən əmanətlərin tərkibində xarici valyutalara nisbətdə manatın xüsusi çəkisi 2,5 dəfədən çox artıb. Əlbəttə ki, bu istiqamətdə bank sektorunun tənzimləyici orqanları ilə bərabər, bankların özlərinin də maraqlı tərəf kimi çıxış etməsi önəmli məsələlərdəndir. Xüsusilə, korporativ idarəetmənin bütün spektrləri üzrə peşəkar yanaşmaların tətbiqi, rəqəmsallaşma səviyyəsinin artırılması, risk menecmentlə bağlı yeni alətlərin tətbiqi, faiz dərəcələrinin diferensiallaşdırılması yolu ilə bazarın seqmentasiyası bankların öz mövqelərinin möhkəmlənməsi və dayanıqlılığının artırılmasına mühüm töhfə ola bilər”, - deyə o qeyd edib.

Maliyyə analitiki bildirib ki, son 3 ilin təhlilləri manatın məzənnəsindəki korreksiyanın təsirinin ilkin mərhələdə bank sistemində durğunluğa və bank müştəriləri və hesablarının sayının azalmasına səbəb olduğunu, növbəti illərdə isə nağdsız iqtisadiyyatın, şəffaf vergi, maliyyə və bank sisteminin qurulması istiqamətində görülmüş tədbirlərin dinamikanın əsaslı şəkildə müsbətə doğru dəyişməsinə səbəb olduğunu göstərir. Belə ki, ötən ilin yekunları üzrə 2015-ci ilə nisbətən bank müştərilərinin sayı ümumilikdə 10,83 faiz artıb. Həmçinin sahibkarlıqla məşğul olan fiziki şəxs olan müştərilərin sayı keçən il 2015-ci ilə nəzərən 45,9 faiz, 2016-cı ilə nisbətdə isə 53,11 faiz artım dinamikası göstərib. Eyni zamanda, dövr ərzində müştəri hesablarının sayı da əsaslı şəkildə artıb, 2016-cı illə müqayisədə ötən il 18.41 faiz, 2017-ci ilə nəzərən isə 11,36 faiz artıb. Cari ilin ilk rübünün yekunlarına əsasən, müştəri hesablarının sayı 17 milyonu ötüb ki, bu da müvafiq istiqamətdə inkişafın davamlı olacağını və müsbət trendlərlə artacağını deməyə əsas verir.

“Digər mühüm bir məqam isə ondan ibarətdir ki, ödəniş kartlarının ümumi sayı 2018-ci ildə 2015-ci illə müqayisədə 15,06 faiz artaraq 6,5 milyonu ötüb, əməkhaqqı kartlarının sayı isə müvafiq dövr ərzində 39,06 faiz artıb. Kredit kartlarının sayındakı 2016-cı ildə müşahidə olunan azalma dayanıb və bu növ kartların sayı ötən il 2017-ci ilə nəzərən 38,04 faiz artıb. Kartlar üzrə statistikanın keyfiyyət göstəricilərini ifadə edən əməliyyatların həcmi və sayı ötən müddət ərzində əsaslı şəkildə dəyişib. Belə ki, keçən il kartlarla aparılmış əməliyyatların sayı 2015-ci illə müqayisədə 38,05 faiz, əməliyyatların həcmi isə 42,5 faiz artmaqla 2015-ci ildəki 12,4 milyard manat göstəricidən 17,7 milyard manata çatıb”, - deyə A.Müseyibov bildirib.

O qeyd edib ki, fiskal islahatlar çərçivəsində təşviqedici vergi mexanizmlərinin tətbiq olunması nəticəsində biznes subyektləri işçilərinin əməkhaqlarını və digər ödənişləri nağdsız formada reallaşdırmağa stimullaşdırılacaq. Bu da müştəri hesabları və kart sahiblərinin sayının artmasına, nəticədə isə rəqəmsallaşmanın və onlayn ödənişlərin səviyyəsinə müsbət təsir göstərəcək. Bu istiqamətdə aparılmış işlərin nəticəsi olaraq elektron bank əməliyyatlarının artması sektorda resurs sərfinin optimallaşmasına və kredit təşkilatlarına müvafiq maliyyə vəsaitlərindən maliyyələşdirmə aləti kimi istifadə etməyə imkanlar yaratmaqla bərabər, onların likvidlik göstəricilərinin yaxşılaşması, həmçinin sahibkarlıq subyektlərinin büdcəyə vergi ödənişlərinin həcminin artmasına da əlavə imkanlar yaradacaq.

Analitik bildirib ki, maliyyə resurslarına asan çıxış və inklüziv bankçılıq iqtisadi inkişafın əsas amillərindən sayılır və aparılmış çoxsaylı araşdırmalar kredit resurslarına çıxış imkanlarını ən çox zədələyən amillərdən biri kimi məlumat çatışmazlığı olduğunu göstərir. Beynəlxalq Valyuta Fondunun bu ilin fevral ayı üzrə hesabatına əsasən, kiçik və orta sahibkarlıq subyektlərinin kreditə çıxış prosesində qarşılaşdığı ən böyük çətinliklərdən biri təminat və girov məbləğlərinin az olması ilə bağlıdır. Dünya üzrə orta göstəricilərə əsasən, kredit üçün tələb olunan təminatın dəyəri kreditin məbləğinin 185 faizi həcmindədir. Xüsusilə, Cənubi Qafqaz regionunda bu tələb dünya üzrə orta göstəricilərdən yüksəkdir. Regionda yerləşən kredit təşkilatları verilmiş kreditlərin 245 faiz dəyəri həcmində təminat tələbi ilə çıxış edirlər. Təminat tələbinin yüksək olması isə son nəticədə sahibkarlıq subyektlərinin kreditə əlaçatanlıq səviyyəsini aşağı salır.

“Effektiv kredit hesabatlılıq sistemlərinin (KHS) qurulması bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Müasir dövrün əsas tənzimləyici trendlərindən olan riskəsaslı idarəetmə konsepsiyası üçün də KHS-lərin rolu xüsusi əhəmiyyət kəsb edir və aparılmış çoxsaylı tədqiqatlar KHS sistemlərinin inkişafı ilə iqtisadi inkişaf arasında müsbət korrelyasiya əlaqəsini olduğunu göstərib. Bu istiqamətlər üzrə inkişaf etmiş ölkələrlə eyni səviyyəyə çatmaq məqsədilə Strateji Yol xəritələrində nəzərdə tutulmuş islahat tədbirləri çərçivəsində ipoteka və kredit zəmanət fondu, ölkənin ilk özəl kredit bürosu və daşınar əmlakın yüklülüyü üzrə institusional qurumlar yaradılıb. Bu sistemlərin inkişafı ölkəyə çoxçeşidli əlavə dəyər yaradan xidmətlər gətirəcək ki, bunlara misal olaraq borcalanların kredit hesabatları, şəxsi və toplu sorğular, neqativ kredit hesabatları, kredit portfelinin göstəricilərini digər təşkilatlarla və maliyyə bazarlarındakı ümumi vəziyyətlə müqayisə imkanı verən müqayisəli parametrləmə (bençmarkinq), toplu sorğular, kredit institutlarına qısa zaman ərzində kredit analizi, avtomatlaşdırılmış anderraytinq prosesi və digər məlumat bazaları ilə optimal məlumat mübadiləsi imkanı verən avtomatlaşdırılmış qərar qəbuletmə sistemləri, banklarda şübhəli halların erkən xəbərdarlıq sistemləri vasitəsilə əvvəlcədən qeydə alınması, həmçinin çox çeşidli reqressiya modelləri əsasında ödəniş davranışının analizini aparmaqla kredit fırıldaqlarının qarşısının alınmasına imkan verən saxtakarlığın aşkar olunması sistemləri və sair kimi çoxsaylı və geniş spektrli xidmətləri qeyd edə bilərik. Əlavə olaraq, kreditorların müştərilərin dəqiq və yenilənmiş məlumatları ilə təchiz olunması (telefon nömrəsi, yeni ünvan və sair) və ya şəxs yeni kredit müraciəti etmişdirsə, bu barədə cari kreditorun avtomatlaşdırılmış sistemlər vasitəsilə məlumatlandırılması kimi borc yığılması üzrə xidmətlər, kreditorlar üçün yeni müştəri bazalarının hazırlanması və kredit müraciəti edərkən imtina cavabı alacaq potensial şəxslərin öncədən müəyyən olunması və sair kimi innovativ xidmətlər də bu sistemlərin gətirəcəyi yeniliklərdəndir. KHS-lərin ən innovativ xidməti isə fərdi kredit reytinqinin verilməsi və ya davranış skorinqi sayılır ki, bu da riyazi-statistik metodlara əsaslanan, müştərinin krediti geri ödəmə imkanlarını cari kredit tarixçəsi əsasında proqnozlaşdırmağa imkan verən sistemdir. Ölkədə artıq kredit bürosu tərəfindən kredit tarixçələri, toplu sorğular, mobil, kommunal hesabatlar və fərdi kredit reytinqi kimi müxtəlif xidmətlərin tətbiqinə başlanılıb. Təkcə bu ilin ilk rübündə 5511 nəfər şəxs öz kredit hesabatlarını yoxlayıb ki, bu da vətəndaşların kredit tarixçəsi məlumatlarını nəzarətdə saxladığının və kredit tarixçəsi məlumatlarına nizamlı yanaşmanın, mahiyyətcə isə ölkədə tamamilə yeni bir borcalma mədəniyyətinin formalaşma prosesinin göstəricisidir”, - deyə o qeyd edib.

Analitik deyib ki, beynəlxalq statistikaların təhlili də ölkəmizin bu sahə üzrə ötən illər ərzində uğurlu təcrübə yolu keçdiyini göstərir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında KHS sistemlərinin əhatə dairəsi göstərici üzrə nəticə 41,5 faiz olub ki, bu da dünya ölkələri üzrə göstəricidən 9,4 faiz çoxdur.

“Qeyd olunanları nəzərə alaraq, əminliklə deyə bilərik ki, ölkədə aparılan iqtisadi islahatlar keyfiyyətcə tamamilə yeni bir bank sektorunun formalaşmasına, ödəniş və kredit infrastrukturunun yeni bir xarakterdə inkişafına səbəb olacaq, debitor və kreditorlar arasındakı münasibətlərin xarakterini əsaslı şəkildə dəyişəcək. Belə ki, beynəlxalq qabaqcıl təcrübələrdə olduğu kimi yaxşı kredit tarixçəsinə malik olan borcalanlara daha əlverişli şərtlərlə kredit məhsulları əldə etməyə əlavə imkanlar yaranacaq. Həmçinin ölkədə maliyyə münasibətlərinin xarakterinin tamamilə dəyişməsinin, yeni borc mexanizmlərinin və maliyyələşmə formalarının yaranmasının şahidi olacağıq. İnkişaf etmiş maliyyə mexanizmlərində olduğu kimi, kiçikhəcmli istehlak kreditlərinin verilməsində qərarlar gəlirlərin qiymətləndirilməsinə deyil, daha çox xərclərin, dolayısı ilə borcların hesablanması metodlarına, biznesin və real sektorun maliyyələşdirilməsi isə reytinq modellərinin qiymətləndirməsi prinsiplərinə əsaslanacaq. Xüsusilə də, kiçik və orta sahibkarlıq subyektlərinin erkən inkişaf (startap) mərhələsində rəsmi məlumat mənbələrinin, girov təminatlarının azlığı və məlumat asimmetriyası səbəbindən üzləşdikləri “maliyyə boşluğu” adlandırılan kredit məhdudiyyətlərinin aradan qalxması və kredit resurslarının “nüfuz təminatı” ilə əldə edilməsinə imkanlar yaranacaq. Eyni zamanda, aparılan institusional islahatlar banklara effektiv kredit risk menecment sistemini qurmaqla əməliyyat xərclərinə qənaət edilməsi, qiymətləndirmə və anderraytinq prosedurlarının sadələşməsi, kredit və əməliyyat risklərinin azalmasına şərait yaratmaqla bərabər, borcalanların maliyyə intizamının möhkəmlənməsi, onların yüksək reytinqlər almaqla maliyyə əlçatanlığına nail olması, yekun nəticədə isə ölkədə maliyyə inklüzivliyinin artmasına müsbət təsir göstərəcək”, - deyə o vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib