Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İslahatlar strategiyasının müəllifi

Dövlətimizin başçısı İlham Əliyevin son 16 ildə gördüyü işlərin məntiqi nəticəsi Azərbaycanın ən islahatçı ölkələr sırasında yer almasıdır

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan xalqı 2003-cü ildə ölkənin hansı yolla gedəcəyi barədə öz qərarını verdi

Əbəs yerə deyilmir ki, tarix yazılmır, yaradılır. Tarixi insanlar yaradır, tarix özü şəxsiyyətləri yetişdirir, onların cəmiyyətin həyatında əhəmiyyətli rol almalarında stimulverici amil rolunu oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim tarixdə şəxsiyyətlərin rolundan bəhs edərək, diqqəti ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə yönəldir və bu fikri böyük qətiyyətlə bildirir ki, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişaf edəcəkdir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. 1993-2003-cü illərin Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi daxil olması səbəbsiz deyil. Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi faciələr onu müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Azərbaycan quruldu. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradaraq, səhifələrində silinməz izlər qoydu, dövlətimizin, xalqımızın şanlı tarixinə çevrildi.

28 illik müstəqillik tarixinə malik olan Azərbaycanın son 16 ilini vərəqlədikdə Heydər Əliyev yolunun uğurla davam etdirildiyini fəxrlə qeyd edirik.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu vədini açıqlamışdır: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”.

2003-cü ildən başlanan yolun mahiyyəti: Ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sisteminin reallaşdırılması

Ötən 16 il göstərdi ki, dövlətimizin başçısı İlham Əliyev siyasi-iqtisadi varislik yolunu, əvvəlki onillikdə ulu öndər Heydər Əliyevin nail olduqlarını sabit şəkildə inkişaf etdirmək və artırmaq yolunu tutub.

Təbii ki, xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə öz xilaskarı Heydər Əliyev ideyalarına sadiq qaldığını nümayiş etdirdi. Bu seçim Azərbaycanın növbəti illərdə nail olacağı uğurların aydın mənzərəsini yaratdı. 2003-cü ildən başlanan yolun mahiyyəti bundan ibarət idi ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən cənab İlham Əliyev, eyni zamanda, təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının vacibliyini diqqətə çatdırdı.

Bu reallığı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman demokratikləşmə prosesi ilə paralel şəkildə həyata keçirir. Bu iki amil biri-birini tamamlamaqla yanaşı, həmçinin quruculuğun inkişaf vəhdətini təşkil edib. Dövlətimizin başçısı İlham Əliyevin dünya təcrübəsinə istinadən qeyd etdiyi kimi, iqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların inkişaf tapması mümkün deyil. Eyni zamanda, demokratik prinsiplərin prioritet olmadığı dövlətlərdə əsaslı sosial-iqtisadi nailiyyətlərdən danışmaq qeyri-mümkündür. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı ölkə” imici qazandırıb.

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, siyasi partiyaların normal fəaliyyəti istiqamətində atılan addımlar da son 16 ilin uğurları sırasındadır. Bu müddətdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə ümumxalq səsverməsinin keçirilməsi, azad mətbuatın inkişafına diqqət və qayğının nəticəsi olaraq dövlətimizin başçısı İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, Seçki Məcəlləsinə mütəmadi olaraq əlavə və dəyişikliklərin edilməsi və sair kimi mühüm məqamlar Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır.

İqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik və yaşayırıq

Prezident İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial -iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması oldu. Regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Bununla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Artıq regionların sosial-iqtisadi inkişafına dair dördüncü sənəd icra edilməkdədir. Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Dördüncü Dövlət Proqramının icra olunduğu bir ilə yaxın dövr ərzində yeni iş yerlərinin sayı 92 mindən artıqdır. Birinci Dövlət Proqramında 600 min yeni iş yerinin açılması nəzərdə tutulmuşdu. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır.

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsi olaraq Azərbaycan dünyada baş verən maliyyə böhranına baxmayaraq dinamik inkişafı və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması istiqamətində atdığı davamlı addımları ilə birinciliyini qorudu. Bir əsas məqamı da qeyd edək ki, şəffaflıq meyarları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, bu gün həmin rəqəm 42 milyard dollardan artıqdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 270 milyard dollardır. Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır. Bütün bu iqtisadi göstəricilər Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.

Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 16 ilin bu sahədə mühüm hadisələrinə diqqət yetirsək görərik ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu daha da artıb. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin reallığa çevrilməsi, 2017-ci ilin oktyabrında Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan BTQ dəmir yolunun istifadəyə verilməsi növbəti illərdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə yol açdı. Öncə regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyası genişləndirildi. Belə ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi. Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü kimi dəyərləndirilən “Star” neft emalı zavodu işə düşdü. Hər bir layihə Azərbaycanın siyasi iradəsini, gücünü, regionda və dünyada artan mövqeyini nümayiş etdirir.

Bu gün böyük fəxrlə etiraf etdiyimiz uğurlarımızdan biri də Azərbaycanın investisiya yatıran ölkə olmasıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri ölkəmizə böyük uğur gətirməklə yanaşı, adının beynəlxalq şirkətlər sırasında qeyd olunmasına da yol açır. Təkcə bu mühüm hadisəni qeyd etmək kifayətdir ki, ötən il istifadəyə verilən “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edir və müəssisənin əsas xammal tədarükçüsü SOCAR-dır. SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Cənab İlham Əliyev SOCAR-ın qarşısında modern beynəlxalq şirkətə çevrilmək vəzifəsini qoymuşdur. Ötən illərdə bu istiqamətdə görülən işlərə diqqət yetirsək, nəticələrin miqyasının nə qədər geniş olduğunu görərik. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində Azərbaycanın iqtisadi tərəqqiyə əsaslanan uğurları fonunda söylədiyi “Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm” fikirləri ilə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, dünya iqtisadi sisteminə inteqrasiyasında, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasında, ən əsası əməkdaşlığın regional çərçivədən çoxtərəfli əlaqələrə doğru inkişafında əhəmiyyətli rol oynayan neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın və çoxminli neftçi ailəsinin əməyini yüksək qiymətləndirmişdir.

Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. “Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Müharibə şəraitində yaşayan dövlətin qısa müddətdə ümumi daxili məhsulun 3 dəfədən çox artımına nail olması böyük uğurdur. 2016-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri məhz bu müddətdə ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə Azərbaycanda yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi.

Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əməkhaqqının, pensiyanın ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb. Ölkə Prezidentinin bütün çıxışlarında bu tezis önə çəkilir ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır.

Bu məsələlərə kompleks yanaşmanı tələb edən Prezident İlham Əliyev sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır. “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalı, borcunu şərəflə yerinə yetirməlidir. Nazir və komitə sədrlərinin bölgələr üzrə planlaşdırılan əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi dayanır. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin təzahürüdür. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ağır nəticələrinin yaşandığı bir vaxtda digər ölkələrdə sosial ödəmələr azaldığı halda, ölkəmizdə ayrı-ayrı sahələrdə çalışanların əməkhaqlarının, pensiyaların artırılması sosial müdafiənin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirdi. Azərbaycanın yeni iqtisadi və sosial çağırışlar üçün ideal məkan seçilməsi də təkmil islahatlara əsaslanır. Cari ildə təsdiqlənən iki sosial paket ümumilikdə 4 milyondan artıq insanı əhatə edir. Minimum əməkhaqqının məbləği 250 manata, minimum pensiyanın məbləği isə 200 manata çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi ikinci sosial paket ümumilikdə 17 Sərəncamı əhatə edir. Bu, dünyada analoqu olmayan, yüksək inkişafa xidmət edən addım kimi dəyərləndirildi.

Qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, əlillərin sosial rifahının təmin edilməsi dövlətimizin sosial siyasətinin əsasını təşkil edir. Cari ildə də bu istiqamətlərdə davamlı addımlar atılıb. Bu diqqət və qayğı bir daha təsdiqləyir ki, cənab İlham Əliyev hər bir vətəndaşın Prezidentidir, onun yanındadır. Problemli kreditlərin həlli, hündürmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı imzalanan sənədlər, təbii fəlakət, yanğın baş verən zaman vətəndaşlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi və sair kimi addımlar da deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”.

Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır

Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin reallığa çevrilməsi, həmçinin əməkdaşlığın yeni formatlarının müəyyənləşdirilməsində müəllifliyi beynəlxalq münasibətlər sistemində artan roluna işıq salır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Ölkəmizin qətiyyətli mövqeyi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurması ona yeni dostlar, tərəfdaşlar qazandırır.

Bu günümüzün əsas çağırışlarından olan İslam həmrəylinin, türk dünyasının birliyinin möhkəmləndirilməsi çağırışını Azərbaycanın yüksək səviyyədə cavablandırması da diqqətdən kənarda qalmır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də deyilənlərin bariz nümunəsidir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin sintezini yaradır. Ölkəmizin Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, humanitar forumlara ev sahibliyi də bu sahədə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Cari ilin mühüm hadisələri sırasında yer alan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi ölkəmizin tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılığını bir daha ortaya qoydu. Bu kimi mühüm hadisələr, həmçinin dünyaya belə bir mesajdır ki, mədəniyyətlər, xalqlar bir-biri ilə yaxınlaşdıqca, mövcud problemlərin sülh, əmin-amanlıq şəraitində həlli qaçılmazdır.

Azərbaycanın cari ildə 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatının XVI Zirvə Görüşünə ev sahibliyi də artan mövqeyinin təqdimatıdır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi məsələnin müzakirəsi, ortaq mövqeyin ortaya qoyulması ilə yanaşı, sonda qəbul olunan sənədlərdə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin hansı formada dəstəklənməsi baxımından xüsusi diqqət çəkir və müzakirə olunur. Qoşulmama Hərəkatının XVI Zirvə Görüşünün sonunda qəbul olunan Bəyannamədə ölkəmizin mövqeyinə dəstək bir daha öz əksini tapdı. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi türk dünyasının birliyinə töhfəsinə işıq saldı. Cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirakı və ən yüksək tribunalardan “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməsi işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj oldu.

Bu günlərdə ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələri üçün açıqladığı reytinq Azərbaycanın iqtisadi, siyasi, hərbi və xarici siyasət sahəsində uğurlarının ümumiləşdirilmiş dəyərləndirilməsi oldu. Azərbaycan həmin reytinq cədvəlində 45-ci yerdə qərarlaşıb.

Azərbaycanın diplomatik uğurları, güclənən ordusu yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini daha da yaxınlaşdırır. O gün uzaqda deyil. Dövlətimizin başçısı İlham Əliyev ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda bir daha bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Yeni Azərbaycan Partiyasının qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 16 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Bu gün partiyanın sıralarında 750 minə yaxın üzv birləşib. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan, populizmdən uzaq olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi səbəbsiz deyil. Yeni hədəflərə doğru inamla irəliləyən partiyanın əsas məqsədi Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirmək, xalqın rifah halını yaxşılaşdırmaqdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın uğurları, Yeni Azərbaycan Partiyasının bu uğurlara töhfələri fonunda bildirir: “Yeni Azərbaycan Partiyasının qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir”.

Yeni Azərbaycan Partiyasının beşinci çağırış Milli Məclisin buraxılması və parlamentə növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü də dövlətimizin davamlı inkişafına dəstəkdən qaynaqlanır. Bu mühüm addım Azərbaycan tarixində ilk dəfə olsa da, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Məsələnin Milli Məclisdə müzakirəsi ilə bağlı qərarın qəbul olunması, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul edilməsi, ölkə Prezidentinin bu mühüm addımın qanunauyğunluğunun öyrənilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında sorğuya baxılaraq Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarın qəbul edilməsi, yekun olaraq cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalaması təkmil islahatların dövlət siyasətinin əsasını təşkil etdiyini, eyni zamanda, bu yeniliklərin qanunvericilik orqanında da öz əksini tapması istəyini ortaya qoydu. YAP-ın bu təşəbbüsünün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanması partiyaya olan dəstəyin, onun qəbul etdiyi qərarların gələcəyə hesablanmasına inamın ifadəsidir. Xalqımız tam əmindir ki, 9 fevral 2020-ci il parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının tarixinə növbəti uğur səhifəsini yazacaq. Hər bir seçki prosesinə bu günümüzlə səsləşən şüarlarla qatılan Yeni Azərbaycan Partiyası yeni parlamentin formalaşmasında təşəbbüskarlığı ilə bu devizin önəmini təsdiqlədi ki, müasir Azərbaycana təkmilləşən, yeni dövrün tələblərinə cavab verən parlament gərəkdir. Yeni formalaşacaq parlament yeni təkmil, dövrün tələbi ilə səsləşən qanunların qəbuluna imza atmaqla ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

İdarəetmə sistemində təkmilləşmə: Yeni hədəflərin reallaşmasına aparan yol

İdarəçilik sistemində yeniliklər 2016-cı ildə keçirilən ümumxalq səsverməsi əsasında vitse-prezidentlik institutunun yaradılması ilə başladı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayan addımlar sırasındadır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsasında dayanan dövlətçilik prinsipləri Azərbaycanın uğurlarının davamlılığına verdiyi töhfələrində özünü qabarıq şəkildə büruzə verir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edilərkən bu vədi vermişdir: “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Eyni zamanda, göstərilən etimada görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü belə ifadə etmişdir: “Ötən illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.

Dövlətimizin başçısı İlham Əliyevin “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” çağırışı, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqətə çatdırdığı uğurlara yol açan prinsiplər ümumilikdə müasir müstəqil Azərbaycanımızın gələcəyinə hədəflənmiş inkişaf strategiyasının uğurlu icrasını şərtləndirir.

Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun... Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır” fikirləri bu günümüzün reallıqları sırasında xüsusi yer alan struktur və kadr islahatlarının ümumiləşdirilmiş ifadəsidir. Təkmil islahatların icra, məhkəmə-hüquq, qanunvericilik orqanlarında öz əksini tapması kompleks tədbirlərin həyata keçirilməsinin prioritetliyini, ən əsası zamanın və dövrün tələbinə uyğun təkmilləşmənin yeni-yeni hədəflərin müəyyənləşdirilməsində əsas amil olduğunu bir daha ortaya qoyur.

Dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi Azərbaycan brendləri ölkəmizin yeniliyə, müasirliyə nə dərəcədə açıq olduğunu nümayiş etdirir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Məhz Azərbaycanın yeniliklərə davamlı imzalar atmasının nəticəsidir ki, cari ildə dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etdi. Forumun keçirilməsində məqsəd məhz dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi ki, Azərbaycanın qeyd edilən istiqamətlərdə malik olduğu təcrübə təqdir olunmuşdur.

İcra, məhkəmə-hüquq və qanunvericilik orqanlarında həyata keçirilən təkmilləşmə, müasirləşmə də geniş vüsət alan islahatların tərkib hissəsidir. Atılan bu addımlar ümumilikdə Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə, yenilikçi, islahatçı ölkə kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu islahatlar 2020-ci ilə daha böyük inamla qədəm qoymağa əsas yaradır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin son 16 ildə gördüyü işlərin, imzaladığı Fərman və sərəncamların, təsdiqlədiyi Dövlət proqramlarının, siyasi, humanitar, xarici siyasət sahəsində atdığı uğurlu addımların miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, həyata keçirilən siyasətə dəstəyin, qəbul olunan qərarların xalqımız tərəfindən yüksək səviyyədə dəstəklənməsinin nəticəsidir ki, cənab İlham Əliyev 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində qələbəsini təmin edib, xalq-iqtidar birliyinin sarsılmazlığını, həyata keçirilən siyasətin alternativsizliyini təsdiqləyib. 2018-ci ildə keçirilən andiçmə mərasimində söylədiyi “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var” fikirləri əldə olunan uğurların davamlılığına, yeni-yeni hədəflərin gerçəkləşəcəyinə əminliyin ifadəsidir.

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar