SİYASƏT


İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Azərbaycana dəstək çağırışı edib

Ankara, 28 yanvar, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏGF) İdarə Heyəti yanvarın 27-də İstanbulda keçirilmiş iclasında Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum qərəzli qətnaməni kəskin şəkildə qınamaqla yanaşı, Senatın bu hərəkətini son iki əsrdə müsəlmanlara qarşı yürüdülən islamafobik siyasətin növbəti təzahürü kimi qiymətləndirib.

İƏGF-nin katibliyindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yönələn istənilən addımı, xüsusi ilə Azərbaycan Hökumətinin bu istiqamətdəki cəhdlərini alqışlayan İƏGF İdarə Heyəti Fransa Senatını birtərəfli, ədalətsiz və qərəzli qərarını dərhal geri çəkməyi tələb edib.

İƏGF İdarə Heyəti, eyni zamanda, Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin Ermənistan və Qarabağdakı cinayətkar ünsürlər tərəfindən qeyri-qanuni istismarını kəskin şəkildə qınayıb, bu barədə İƏT Baş katibi və İƏGF sədrinin müvafiq bəyanatlarını alqışlamaqla, bu qeyri-qanuni fəaliyyətin dayandırılmasını tələb edərək, azərbaycanlı ekoaktivistlər və QHT-lərin Laçın-Xankəndi yolunda dinc nümayişlər keçirməsini dəstəkləyib. Ermənistanın bu əməlinin həm Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatına, həm də İƏT qərarlarına zidd olduğunu ifadə edən İdarə Heyəti İƏGF-yə üzv təşkilatları azərbaycanlı gənclərin bu etiraz aksiyalarını müxtəlif sosial media resurslarında istifadə etməklə dəstəkləməyə çağırıb.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.