SİYASƏT


İslam Əməkdaşlıq Təşkilatı: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır

Bakı, 22 oktyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə baxmayaraq, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın bəyanatında qeyd olunub.

Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə bəyanatda bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.