DÜNYA


İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Parlamenti strateji məsələlər üzrə fəaliyyətin əlaqələndirilməsini müzakirə edəcəklər

Ciddə, 17 yanvar, AZƏRTAC

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Ərəb Parlamenti arasında əməkdaşlığın və əlaqələndirmənin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ərəb Parlamentinin bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Ərəb Parlamenti sədrinin müavini Əbdül Rəhman Səidin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdədir. Burada onlar İƏT-in yüksəkvəzifəli şəxsləri ilə görüşlər keçirirlər.

Görüşlərdə tərəflər İƏT ilə Ərəb Parlamenti arasında ərəb və İslam dünyası üçün mühüm strateji məsələləri, xüsusən Fələstin problemi, terrorizm və onun təzahürləri ilə mübarizə üsulları, ərəb ölkələrinin daxili işlərinə xaricdən müdaxilənin qarşısının alınması, Sudanın terrorizmi maliyyələşdirən və dəstəkləyən ölkələrin siyahısından çıxarılması üçün səylərin göstərilməsi, həmçinin daha az inkişaf etmiş ərəb və müsəlman ölkələrinin inkişafına istiqamətlənən proqram və layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın və əlaqələndirmənin möhkəmləndirilməsini müzakirə edəcəklər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ciddə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.