DÜNYA


İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin Moskvaya səfəri gözlənilir

Moskva, 12 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın bu ilin oktyabrında Moskvaya səfəri gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın İƏT yanında daimi nümayəndəsi Ramazan Abdulatipov məlumat verib. O bildirib ki, Hissein Brahim Tahan xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Rusiya ilə İƏT arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.