MƏDƏNİYYƏT


“İslam Həmrəyliyi İli” çərçivəsində  növbəti sərgi -“Milliliyimizi qoruyaq”

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Bakı Xətai Sənət Mərkəzində “Milliliyimizi qoruyaq” adlı rəsm sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 21 sentyabr- Beynəlxalq Sülh Gününə həsr ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsmayılovadır.

“İslam Həmrəyliyi İli” çərçivəsində açılacaq sərgi Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatı, Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.