İDMAN


İslam Həmrəyliyi Oyunları: Həndbol yığmamız növbəti mərhələyə vəsiqə qazanıb

Bakı, 7 avqust, AZƏRTAC

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.

Avqustun 9-da Əfqanıstan seçməsi ilə üz-üzə gələcək komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.

Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.

Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.