İslam Hümbətov: Görülən tədbirlər nəticəsində bu il narkotiklərin satışı üzrə 19 min cinayət hadisəsinin qarşısı alınıb
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinin qarşının alınması və əhalinin maarifləndirilməsi istiqamətində səmərəli iş aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov iyulun 6-da yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı analitik hesabatın təqdimatı zamanı deyib.
O qeyd edib ki, görülən tədbirlər nəticəsində bu il indiyə kimi narkotiklərin satışı üzrə 19 min cinayət hadisəsinin qarşısı alınıb. İslam Hümbətov aparılan maarifləndirmə işlərindən danışıb və bu istiqamətdə birlikdə mübarizənin əhəmiyyətini vurğulayıb.

Xəbərin mətnində orfoqrafik səhv var