İQTİSADİYYAT


İslam İnkişaf Bankı ərzaq böhranı ilə bağlı üzv ölkələrə 10,54 milyard dollar ayırıb

Qahirə, 30 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzv ölkələrdə yaranmış ərzaq böhranı ilə bağlı təcili iclası keçirilib.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, iclasa IsDB-nin prezidenti və Direktorlar Heyətinin sədri Məhəmməd Al Casser sədrlik edib.

IsDB Direktorlar Heyəti 10,54 milyard dollarlıq Əhatəli Ərzaq Təhlükəsizliyi Proqramını təsdiqləyib. Həmin proqram üzv ölkələrə ərzaq böhranı ilə bağlı yardımların göstərilməsini, həmçinin ərzaq təhlükəsizliyi problemlərinin həlli istiqamətində yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.