ELM VƏ TƏHSİL


İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı

Bakı, 21 yanvar, AZƏRTAC 

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat üzrə təqaüd proqramları elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevral ayının 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.