SİYASƏT


İslam Manafov: Azərbaycan Prezidentinin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Ankara, 17 mart, AZƏRTAC

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncamı Azərbaycan xalqının bayram əhval-ruhiyyəsini daha da yüksəldib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyədə yaşayan və çalışan, Azərbaycanın Əməkdar Artisti, görkəmli pianoçu İslam Manafov ifadə edib.

O deyib: “Yüksək mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı hər zaman qohum-qonşusunun evində sevinc olmasını istəyib. Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması əfv olunan insanların, onların doğmalarının və qohumlarının evində ikiqat bayram sevinci yaradıb. Bütövlükdə xalqımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu Sərəncamı alqışlayır”.

Prezident İlham Əliyev davamlı olaraq xalqımızın ümumi maraqlarına xidmət edən fərman və sərəncamlar imzaladığını qeyd edən İslam Manafov əminliklə ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, o cümlədən ordumuzun qüdrətlənməsi, həyata keçirilən uğurlu siyasət nəticəsində tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi də ədalətli həllini tapacaq və dövlətimizin başçısı işğaldan azad olunan torpaqlarımızın bərpası üçün fərman və sərəncamlar imzalayacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.