ELM VƏ TƏHSİL


“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunda olublar

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun rektoru Ceyhun Məmmədov qonaqlara ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib. O, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətini hazırda Prezident İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.

Rektor iştirakçılara ali təhsil müəssisəsi haqqında məlumat verib. O bildirib ki, Aİİ-də bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında tədris edilir. İnstitut xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. İlahiyyat sahəsində ixtisaslaşmış bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb. Əməkdaşlıqda məqsəd qarşılıqlı mübadilə proqramları vasitəsilə tədris metodunun və təcrübənin öyrənilməsidir.

Simpozium iştirakçıları institutun fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycandakı tolerant mühitin canlı şahidi olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda mövcud dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin hazırda bütün dünyada örnək kimi qəbul edilməsi təsadüfi deyil.

Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.