RƏSMİ XRONİKA


İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərəndən

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və böyük nüfuza malik ölkənizdə sülh və əmin-amanlığa gətirib çıxarmış nailiyyətlərin davamlı olmasını arzulayıram.

Prezident seçkilərinin nəticələri Zati-alinizin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara xalqınızın inam və etibarını bir daha təsdiq edir.

Hörmətli cənab Prezident, Sizin bütün səylərinizin bundan sonra da uğurlu olmasını arzu edirəm.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Xalid Ərən

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin