REGİONLAR


İslam dini sülh və həmrəylik dinidir

Lerik, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Lerik rayonunun Vizəzəmin kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lerik Rayon İcra Hakimiyyətinin məsul işçiləri, kənd məscidi dini icmasının sədri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh və həmrəylik dini olduğunu, insanları birliyə çağırdığını, Prezident İlham Əliyevin müsəlman aləmində İslam həmrəyliyinin təmin edilməsində, eləcə də tolerant və multikultural dəyərlərin qorunmasında böyük xidmətlərinin olduğunu bildirib.

Lerik Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb.

Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Kəlvəz kənd məscidinin dini ayinlərin icraçısı Habil Quliyev və başqaları mövzu ilə bağlı təkliflərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.