ELM VƏ TƏHSİL
“İslam həmrəyliyi - dünyaya mesaj” layihəsi çərçivəsində çəkilən filmin təqdimatı olub
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “İslam həmrəyliyi - dünyaya mesaj” layihəsi çərçivəsində çəkilən filmin təqdimatı olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə İctimai Birliyin sədrinin müavini Bəhruz Nəzərov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb.
Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edən B.Nəzərov respublikamızda inşa edilmiş dini abidələr haqqında da ətraflı məlumat verib.
Sonra filmin təqdimatı olub.