İslam maliyyə institutlarının İƏT-ə üzv ölkələrin iqtisadi inkişafında rolu müzakirə edilib
AzerTAg.az

Bakı, 13 mart, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qərargahında Effat Universitetinin təşkil etdiyi 8-ci “Beynəlxalq İslam maliyyəsi” adlı konfransda maliyyə institutlarının təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafında rolu ətrafında müzakirələr aparılıb.
AZƏRTAC İƏT-in Baş katibliyinin məlumatına istinadla xəbər verir ki, təşkilatın Baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo İƏT-in rəhbəri Hissein Brahim Tahanın konfrans iştirakçılarına müraciətinin mətnini oxuyub. Müraciətdə qeyd olunub ki, İslam maliyyə institutları təşkilata üzv dövlətlərin davamlı sosial-iqtisadi inkişafının təşviqi üçün böyük işlər görə bilər. İƏT-in uyğun strukturları bu kontekstdə İslam İnkişaf Bankı, Səudiyyə Ərəbistanının İnkişaf Fondu və digər mötəbər qurumlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində fəal iş aparır.
Beynəlxalq və İslam maliyyə qurumlarının, fondların və ekspertlərin iştirak etdikləri beynəlxalq konfransda Səudiyyə Ərəbistanında və bütün dünyada təmərküzləşmə və satınalma trendləri və İslam maliyyəsi; İslam maliyyə sistemində davamlılıq; İslam maliyyə alternativləri; İslam maliyyəsində cari problemlər mövzularında panel iclasları keçirilib.
Xəbərin mətnində orfoqrafik səhv var