ELM VƏ TƏHSİL


İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri mövzusunda müzakirələr aparılıb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri” mövzusunda panel təşkil edilib. Panelə Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşaf moderatorluq edirlər.

AZƏRTAC xəbər verir ki, paneldə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri” mövzusunda məruzə ilə çıxış edib.

Paneldə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev “Cənubi Qafqazda İslam mədəniyyətinın öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Süleymanova “Qədim orucluq ayini və Siriu-Şira kultu” və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.