MƏDƏNİYYƏT


İslam ölkələrinin mədəniyyət festivalında həmyerlilərimizin çıxışı maraqla qarşılanıb

Bakı, 6 fevral, AZƏRTAC

Misirin paytaxtı Qahirədə İslam ölkələrinin beynəlxalq mədəniyyət festivalı keçirilir. Festivalda ölkəmizi mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində tanınmış xanəndə, Xalq artisti Simarə İmanova və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi də var.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qahirə Opera Teatrında “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında keçirilən festivalın açılış mərasimində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Simarə İmanovanın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, 23-dək islam ölkələrinin folklor musiqi kollektivləri iştirak edir.

Fevralın 9-dək davam edəcək festival çərçivəsində müxtəlif mədəni və bədii tədbirlər, habelə elmi seminarlar və bir sıra təşkilatların təqdimatları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.