ELM VƏ TƏHSİL


“İslam sivilizasiyası Qafqazda” mövzusunda II beynəlxalq simpozium çərçivəsində ikinci panel iclası keçirilib

Bakı, 11 iyul, AZƏRTAC

“İslam sivilizasiyası Qafqazda” mövzusunda II beynəlxalq simpozium çərçivəsində “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda ikinci panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın moderatorları İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi professor Sadık Ünay (Türkiyə), Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin Etnopsixologiya və Çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova (Rusiya) idi.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Heydər Əliyev müsəlman xalqları və müsəlman dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük səy göstərib.

Sonra Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Gəncə regional mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Xarici siyasət və beynəlxalq münasibətlər kafedrasının doktorantı Səbuhi Abbasovun “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.

Mövzu üzrə müzakirələrdə AMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “İlham Əliyev siyasətində Azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində” mövzusunda, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər Azərbaycan tarixi şöbəsinin elmi işçisi Günel İsmayılova “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırova “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanov “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli” mövzusunda məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.