Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

İslamabadda “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və fürsətlər” adlı beynəlxalq vebinar təşkil edilib

İslamabad, 25 iyun, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Pakistan müdafiə əməkdaşlığı: Uğurlar və fürsətlər” adlı beynəlxalq vebinar keçirib.

Vebinarda Pakistanın Milli Təhlükəsizlik üzrə sabiq məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Cancua, CGSS-in prezidenti, ehtiyatda olan general-mayor Seyid Xalid Əmir Cəfri, Pakistanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Nadim Çoudri, CGSS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan və Pakistan hərbçiləri, ekspertlər, eyni zamanda, müxtəlif ölkələrin Pakistandakı hərbi attaşeləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Xalid Teymur Əkrəm Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, iki ölkə arasında mövcud olan yaxın münasibətlərdən söz açıb və ikitərəfli hərbi əməkdaşlığın tarixinə toxunub.

Seyid Xalid Əmir Cəfri Pakistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən bəhs edib, hər iki ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsində bir-birinə dəstək verdiklərini, eyni zamanda, müdafiə sahəsində münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, 2015-ci ildə Pakistan Prezidentinin ölkəmizə səfəri, 2019-cu ildə Azərbaycanın Müdafiə nazirinin Pakistanda olmasından danışıb. Hərbi sahədə fəaliyyət göstərən işçi qrupunun iclaslarında müdafiə texnologiyası, hərbi-texniki əməkdaşlıq, zabitlərin kurslarda iştirakı və digər bu kimi məsələlərin müzakirə olunduğunu bildirib.

Vebinarda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. O, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da ölkəmizin erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-1993-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığını bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonların erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və işğal altındakı torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun 138 dünya ölkəsinin silahlı qüvvələrinin qlobal reytinq siyahısında 64-cü yerdə olduğunu, ordumuzun 2016-cı ilin aprel qələbəsi və 2018-ci ildəki uğurlu Naxçıvan əməliyyatı, eləcə də beynəlxalq hərbi əlaqələri, o cümlədən Pakistanla hərbi əməkdaşlıq haqqında məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Nadim Çoudri də Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının, Cəmmu və Kəşmir üzrə Təmas Qruplarının üzvü olduğunu qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın əsasının 1994-cü ildə Pakistanın ölkəmizdə səfirlyinin fəaliyyətə başlaması ilə qoyulduğunu diqqətə çatdırıb. O, ölkə prezidentlərinin qarşılıqlı həyata keçirdikləri rəsmi səfərlərini xatırladaraq, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu söyləyib. N.Çoudri son üç ildə hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfərin gerçəkləşdiyini bildirib, indiyə qədər 350-dən çox azərbaycanlı hərbçinin Pakistanda müxtəlif kurslarda iştirak etdiyini vurğulayıb.

Ölkəmizin Pakistandakı səfir Əli Əlizadə Azərbaycan və Pakistanın iki qardaş xalqın iradəsini əks etdirən möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malik olduqlarını bildirib. Bu münasibətlərin ən əhəmiyyətli sahələrindən birinin müdafiə, təhlükəsizlik və hərbi sahələrdə mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri ilə qeyd edilən sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Silahlı Qüvvələr Günü münasibətilə xalqımıza, Ali Baş Komandana və silahlı qüvvələrin şəxsi heyətinə təbriklərini çatdıran səfir Azərbaycanın təcavüzkar Ermənistanla münaqişəsinə və ölkə ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər göryldüyünü və ordumuzun regionun ən güclü ordularından birinə çevrildiyini, işğal olunmuş ərazilərimizi istənilən vaxt azad etmək iqtidarında olduğunu vurğulayıb.

Səfir, həmçinin Pakistan SQ-nin və ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyin və işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etməsinin Azərbaycan hökuməti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini söyləyib və davam edən əməkdaşlığa görə Pakistan SQ-yə və ölkə rəhbərliyinə təşəkkür edib.

Nasir Xan Cancua Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünün Pakistanda qeyd olunmasının onun üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, Azərbaycan ordusunun ölkənin inkişafı və çiçəklənməsi, xüsusən də ölkəmizin müdafiəsi sahəsində göstərdiyi səylərin heyrətamiz olduğunu söyləyib, vebinarda fəxri qonaq qismində iştirak etməkdən böyük qürur duyduğunu diqqətə çatdırıb. O, Azərbaycanın rəhbərliyinə və xalqına böyük hörmət bəslədiklərini, Pakistanın Azərbaycanın müstəqilliyini tanıdıqdan dərhal sonra bu ölkəyə dəstək göstərdiklərini, indiyə qədər Ermənistanı müstəqil dövlət kimi tanımadıqlarını bildirib.

N.X.Cancua 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə komitəsinin Xocalı soyqırımını tanıyan və Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini də xatırladıb, Pakistanın ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları, o cümlədən Super Muşşak təlim təyyarələrini və JF-17 qırıcılarını təklif etdiyini nəzərə çatdırıb, gələcəkdə də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyini və şəxsi heyətini təbrik edən ehtiyatda olan general ordumuza tezliklə işğal olunan ərazilərimizi düşməndən azad etməsini, ərazi bütövlüyümüzün bərpa olunmasını arzulayıb.

Vebinarda Azərbaycan SQ ilə bağlı qısa videomaterial da nümayiş etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib