DÜNYA


İslamabadda Türkmənistan tərəfi ilə TAPİ qaz kəməri, elektrik xəttinin və fiber-optik rabitə marşrutu müzakirə edilib

İslamabad, 14 mart, AZƏRTAC

İslamabadda Türkmənistan tərəfi ilə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin və Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrik və fiber-optik rabitə xəttinin tikintisi məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Türkmənistan nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredovu Pakistan Prezidenti Arif Alvi və Baş nazir İmran Xan qəbul edib.

İmran Xanın Rəşid Meredovla görüşündə bu layihələrin tikintisi ilə bağlı geniş müzakirələr aparılıb.

Görüşün yekununda tərəflər arasında Host Government Agreement (HGA) adlı müqavilə imzalanıb. Müqavilənin şərtləri haqqında heç nə deyilmir.

Xatırladırıq ki, TAPİ layihəsinin Türkmənistan sahəsinin tikintisi 2015-ci ilin dekabrı, Əfqanıstan hissəsi 2018-ci ilin fevralında başlanılıb. Layihənin Pakistan hissəsinin tikintisinə bu il start veriləcək.

Ümumi uzunluğu 1840 kilometr olan TAPİ ilə ildə 33 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.