İDMAN


İslamiada: Azərbaycan komandası növbəti qızıl medalını qazanıb

Konya, 16 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası növbəti qızıl medalı stend atıcılığı növündə qazanıb. Belə ki, stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.