İDMAN


İslamiada: Azərbaycan taekvondoçusu gümüş medalla kifayətlənib

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 46 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada mərakeşli Sahib Soukania ilə qarşılaşıb.

Rəqibinə 1:22 hesabı ilə uduzan taekvandoçumuz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu, Azərbaycan taekvondoçularının İslamiadakı 4-cü medalı olub.

Daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.