İDMAN
İslamiada: Azərbaycanın həndbol yığması yarımfinala yüksəlib
Konya, 11 avqust, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, yığma B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 26:17 hesablı qalibiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra qrup qalibi olan yığma yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib. Yığma 2-ci qarşılaşmada isə Əfqanıstana qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]