İDMAN


İslamiada: Azərbaycanın kişilərdən ibarət cüdo komandası qalib adına layiq görülüb

Konya, 17 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın kişi cüdo millisi V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışda Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycanın qadın cüdo millisi isə bürünc medala sahib olub.

Qeyd edək ki, kişi cüdo millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi adına layiq görülüb.

Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.