İDMAN


İslamiada: Azərbaycanın qadın güləşçisi finalda mübarizə aparacaq

Konya, 13 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva (57 kq) Konyada keçirilən V İslam Həmrəylik Oyunlarının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, avqustun 13-də güləşçimiz Jalə Əliyeva A qrupundakı ikinci görüşündə qazaxıstanlı Laura Almaganbetovaya 9:2 hesabı ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə türkiyə təmsilçisi Elvira Kamaloğlunu 9:6 hesabı ilə məğlub edən idmançımız həlledici görüşdə mübarizə aparmaq imkanı qazanıb.

Qeyd edək ki, bundan əvvəl üç idmançımız Murad Məmmədov, Sənan Süleymanov və Həsrət Cəfərov rəqiblərini üstələyərək finala adlayıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri İslamiadada ümumilikdə 24 idman növündən 22-sində iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.