İDMAN


İslamiada: Basketbol üzrə yığmamız dörddəbir finala yüksəlib

Konya, 15 avqust, AZƏRTAC

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, yığma bu dəfə Mərakeşin komandasını məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib.

Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.