İDMAN


İslamiada: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Konya, 15 avqust, Səxavət Quliyev, AZƏRTAC

Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Türkmənistan təmsilçisi Hakberdi Jumayev olacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.