İDMAN


İslamiada: Qadın güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, güləşçimiz Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.