İDMAN
İslamiada: qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların dörddəbir finalçıları məlum olub
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-da “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən stolüstü tennis üzrə qadınlar arasında fərdi yarışların səkkizdəbir final mərhələsi başa çatıb və dörddəbir finalın bütün iştirakçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında dörddəbir finala Azərbaycandan Miao Vanq, Zinq Ninq, İrandan Məriəm Səmet, Nedə Şahsavari, Pakistandan Rəhilə Kaşif, Fələstindən Diana Əssi, Türkiyədən Özgə Yılmaz və Məmlək Hu yüksəliblər.
Səkkizdəbir finalda Azərbaycan təmsilçisi Miao Vanq fələsəstinli Əhd Menəviyə 4:0 hesabı ilə qalib qəlib. Digər idmançımız Zinq Ninq isə maldivli Şiura Aminat Şərifini 4:0 hesabı ilə məğlub edib.
Dörddəbir final görüşləri mayın 18-də keçiriləcək.