İDMAN


İslamiadanın bürünc mükafatçısı: Azərbaycanın bayrağını qaldırdığım üçün çox xoşbəxtəm

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Yarışla bağlı təəssüratlarım çox yaxşıdır. Cəmi iki ildir ki, ağırlıqqaldırma ilə məşğul oluram. Bu, iştirak etdiyim ilk beynəlxalq yarışdır. Buna baxmayaraq, çox yaxşı çıxış etdim. Medal qazanaraq Azərbaycanın bayrağını qaldırdığım üçün çox xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Konya şəhərində ağırlıqqaldırma yarışlarında 3-cü yeri tutmuş Nazilə İsmayılova jurnalistlərə açıqlamasında bildirib.

Startda həyəcanlı olması səbəbindən ilk yanaşmasının uğursuz olduğunu bildirən atlet məşqçisinin sayəsində bu həyəcanın öhdəsindən gələ bildiyini vurğulayıb. “Yarış qardaş ölkədə təşkil edildiyindən özümü evdəki kimi hiss edirdim”.

Nazilə İsmayılova qeyd edib ki, zədə səbəbindən yarışda şəxsi rekordundan aşağı nəticə göstərib. “Qarşıdan Avropa və dünya çempionatları gəlir. Həmin yarışlardan qalib kimi qayıtmaq ən böyük arzularımdan biridir", - deyə o, əlavə edib.

Qeyd edək ki, yarışda 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 54 kiloqramlıq nəticə göstərib. Təmsilçimiz təkanla qaldırmada isə 67 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 121 kiloqramlıq nəticə göstərən N.İsmayılova bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.