DÜNYA
İslandiya avqustun 1-dən Moskvadakı səfirliyini bağlayacaq

Bakı, 9 iyun, AZƏRTAC
İslandiya avqustun 1-dən Rusiyadakı səfirliyinin işini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Rusiya səfirini çağıraraq, onu qərarla bağlı məlumatlandırıb.
İslandiya XİN, həmçinin Rusiya Federasiyasından “Reykyavikdə fəaliyyətin miqyasını azaltmağı” və diplomatik missiyanın statusunu aşağı salmağı tələb edib.
Bəyanatda qeyd olunur ki, Moskvadakı səfirliyin fəaliyyətini dayandırmaq qərarı Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərait imkan verən kimi səfirliyin fəaliyyətinin bərpası məsələsinə “prioritet olaraq” diqqət yetiriləcək.
Hazırda İslandiyanın Rusiya ilə kommersiya, mədəni və siyasi qarşılıqlı əlaqələri ən aşağı səviyyədədir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 03.10.2023 [19:53]
ABŞ-ın ən varlı vətəndaşlarının siyahısına İlon Mask başçılıq edir
- 03.10.2023 [17:25]
Ciorcia Meloni: İtaliya Avropanın enerji təchizatı habına çevrilmək istəyir
- 03.10.2023 [16:30]
İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək
- 03.10.2023 [16:06]
Türkiyədə 928 nəfər terrorizm şübhəsi ilə saxlanılıb
- 03.10.2023 [16:01]
Cənubi Koreyada helikopter qəzası nəticəsində pilot həlak olub
- 03.10.2023 [14:45]
Rusiya Aleksey Arestoviç barəsində axtarış elan edib
- 03.10.2023 [13:54]