İDMAN
İslandiya yığması da "Rusiya-2018"-də 23 nəfərlə təmsil olunacaq
Bakı, 5 iyun, AZƏRTAC
Futbol üzrə İslandiya milli komandası Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Xeymir Xadılqrimsson 23 nəfərlik siyahıya 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 4 hücumçu daxil edilib. heyətdə aşağıdakı futbolçular yer alıblar:
Qapıçılar - Hannes Tor Haldorsson ("Ranners", Danimarka), Runar Runarsson ("Norşelland", Danimarka), Frederik Şram ("Roskille", Danimarka), müdafiəçilər - Ari Skulason ("Lokeren", Belçika), Herdur Maqnusson ("Bristol Siti", İngiltərə), Holmar Eyolfsson ("Levski", Bolqarıstan), Kari Arnason ("Aberdin", Şotlandiya), Sverrir İnqason ("Rostov", Rusiya), Raqnar Siqurdsson ("Rostov", Rusiya), Samuel Fridyonsson ("Volerenqa", Norveç), Birkir Sevarsson ("Valür", İslandiya) yarımmüdafiəçilər - Yohan Qudmunsson ("Börnli", İngiltərə), Arnor Traustason ("Malmö", İsveç), Aron Eynar Qunnarsson ("Kardiff Siti", Uels), Olafur Skulason ("Karabükspor", Türkiyə), Gilfi Siqurdsson ("Everton", İngiltərə), Emil Halfredsson ("Udineze", İtaliya), Birkir Byarnason ("Aston Villa", İngiltərə), Rürik Gislason ("Zandhauzen", Almaniya), hücumçular - Byorn Siqurdarson ("Rostov", Rusiya), Alfred Finnaboqason ("Ausburq", Almaniya), Yon Bedvarsson ("Ridinq", İngiltərə), Albert Qudmunsson (PSV, Hollandiya).
Qeyd edək ki, "D" qrupunda yer alacaq İslandiya yığması iyunun 16-da Argentina, iyunun 22-də Nigeriya, iyunun 26-da isə Xorvatiya ilə üz-üzə gələcək.