CƏMİYYƏT
İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu
Bakı, 14 dekabr, AZƏRTAC
“ASAN Könüllülük” Məktəbinin məzunu olan Elmira Rəhimli 1000-ci ASAN Kadr olub. Belə ki, o, ASAN Kadr vasitəsilə ölkənin aparıcı banklarından biri olan Bank Respublikada kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində 1000 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.
Bu günə kimi www.asankadr.az portalı vasitəsi ilə 1099 müəssisə qeydiyyatdan keçib. Bundan başqa, karyera mərkəzi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]