İşlənmiş batareya, şüşə tullantıları təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Bir ağac - min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən işlənmiş batareya, şüşə tullantıları təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Qeyd edək ki, tingpaylama aksiyalarının keçiriləcəyi ərazilərlə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.
ETSN hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməklə təbiətə töhfə verməyə, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmağa çağırır.



Xəbərin mətnində orfoqrafik səhv var