ELM VƏ TƏHSİL


İşlənmiş sürtkü yağlarının regenerasiya texnologiyasının tətbiqinə başlanılır

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda (AKİ) hazırlanan və ekoloji cəhətdən gərginlik yaradan işlənmiş sürtkü yağlarının regenerasiya texnologiyasının AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) tətbiqinə başlanılıb.

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, regenerasiya məhsulundan istifadə edərək müxtəlif təyinatlı sürtkü kompozisiyalarının yaradılması nəzərdə tutulub. Akademik deyib: “Mənim rəhbərliyimlə institut əməkdaşları - professor Həqiqət Cavadova, kimya üzrə fəlsəfə doktoru Kamal Kərimov və digərlərinin iştirakı ilə işlənmiş sürtkü yağlarının regenerasiya texnologiyası hazırlanıb. AMEA-nın nəzdində YT Parkın təsis olunması Aşqarlar Kimyası İnstitutunun bu elmi yeniliyinin tətbiq olunmasına real imkan yaradıb. Hazırda bizim işlə əlaqədar YT Parkda institutun “Aşqar” elmi istehsalat birliyi ilə əməkdaşlıq nəticəsində qurğu yerləşdirilib və yaxın vaxtlarda “Mysella-40” yağı orada regenerasiya olunmağa başlayacaq.

Regenerasiya işlənmiş yağın bərpa edilərək ondan yenidən eyni məqsədlə istifadə üçün yararlı vəziyyətə gətirilməsidir. Regenerasiya metodları müxtəlifdir - fiziki, fiziki-kimyəvi və kimyəvi. Bizim istifadə etdiyimiz regenerasiya metodu xüsusi texnologiyadır. Bu texnologiyaya məxfi qriflə patent alınıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.