CƏMİYYƏT


İşlətdiyi kafedə özünə ad günü məclisi təşkil edən şəxs inzibati məsuliyyətə cəlb olunub

Bakı, 29 aprel, AZƏRTAC

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı şəhər mərkəzində yerləşən “Pepsi” adlı kafedə ad günü məclisi təşkil edildiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin kafeyə baxış keçirilən zaman obyektin icarədarı Ramil Surxayevin özünə ad günü məclisi təşkil etdiyi məlum olub. Onunla izahedici söhbətlər aparılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Həyata keçirilən digər tədbir zamanı isə şəhərin C.Cabbarlı küçəsində yerləşən çayxananın gecə saatlarında işlədiyi məlum olub. Obyektin icarədarı Rahim Kərimova mövcud qaydalar bir daha izah edilib və barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmə tərəfindən həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.