SİYASƏT


İsmail Serageldin: Mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunda çox vacib məsələlər müzakirə olunur VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunda olduqca önəmli məsələlər ətrafında fikir mübadilələri aparılır.

Prezident İlham Əliyevin Forumda iştirakı bizim üçün böyük şərəfdir. Çox şadam ki, Forumun iştirakçılarının sayı ildən-ilə artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

İsmail Serageldin vurğulayıb ki, VII Qlobal Bakı Forumunun mövzusu - “Dünyanın yeni xarici siyasəti” xüsusi aktuallıq kəsb edir. “Hazırda bütün dünyanı narahat edən müharibələrin dayandırılması, humanizm prinsiplərinin sarsılmasının qarşısının alınması üçün biz birləşməli, sülh naminə səylər göstərməliyik. Bundan başqa, dünyada kənd təsərrüfatının inkişafı, qida təhlükəsizliyi, su ehtiyatlarının tükənməsi, elm və texnologiyaların təsiri altında baş verən qlobal transformasiya, yeni bioloji araşdırmalar kimi vacib məsələlər Forumda müzakirə olunan məsələlərdir. Hər bir ölkə hətta təbiətə münasibətdə siyasətini formalaşdırmalıdır, məsələn, iqlim dəyişiklikləri ilə mübarizə üzrə siyasət. Düşünürəm ki, bu səbəbdən bu Forum bütün dünyanı narahat edən çox vacib mövzular ətrafında fikir mübadilələri aparmaq üçün əvəzolunmaz bir platformadır”, - deyə İsmail Serageldin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.