MƏDƏNİYYƏT


İsmailiyə beynəlxalq folklor festivalında Azərbaycan ansamblının konserti olub

İsmailiyə, 26 oktyabr, AZƏRTAC

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalının açılışında iştirak edən Azərbaycanın “Cəngi” estrada və folklor ansamblı Süveyş şəhərində misirli tamaşaçıların qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Fərhad Əliyevin bədii rəhbəri olduğu ansambl milli rəqslərimizi ifa edib. On nəfərdən ibarət kollektivin çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. “Cəngi” estrada və folklor ansamblının festival çərçivəsində konsertləri oktyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərinin təqdim edildiyi festival Misirin mədəniyyət naziri İnas Əbdel Dayimin dəstəyi ilə baş tutub. Festival çərçivəsində İsmailiyə şəhərinin müxtəlif meydanlarında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri keçirilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

İsmailiyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.