ELM VƏ TƏHSİL


İsmayıl Əliyev: Beynəlxalq Təhsil Sərgisi xaricdə təhsilə geniş imkanlar açır

Bakı, 11 oktyabr, AZƏRTAC

Ölkəmizdə ali məktəbi bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Sərgiyə gəlməkdə məqsədim də magistratura və “Erasmus+” proqramı haqqında məlumat almaqdır. Burada Avropa ölkələrinin, xüsusilə də Almaniya və Polşanın ali məktəblərinin tədris proqramları ilə maraqlandım. Bu ölkələrin universitetlərinin magistratura təhsili haqqında xeyli informasiya əldə etdim.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi İsmayıl Əliyev deyib.

O bildirib ki, sərgi xaricdə təhsilə geniş imkanlar açır. Sərgidə ziyarətçilərin universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, təhsil müəssisələri, ali məktəblərə qəbul qaydaları, tələbə həyatının xüsusiyyətləri və digər vacib detallar barədə məlumat almaq imkanları olub.

“Gənclərin daha yaxşı təhsil almasına böyük təkan verən və geniş imkanlar açan bu cür sərgilərin təşkili bizi çox sevindirir. Ümidvaram ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi biz gənclərin arzularının reallaşmasında mühüm rol oynayacaq”,- deyə İsmayıl Əliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.