REGİONLAR


İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunur

Qazax, 21 avqust, AZƏRTAC

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin binası əsaslı təmir olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri nəzərdə tutulub. Həmin məktəblərdən biri də məhz Kosalar kənd tam orta məktəbidir.

Əsas binada, eləcə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlər paralel aparılır.

Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binanın dam örtüyü vurulub, pəncərələr qoyulub, daxili və xarici fasadda suvaq işləri başa çatıb.

Üçmərtəbəli əsas binanın 2-ci və 3-cü mərtəbələrində suvaq işləri tam yekunlaşıb. Birinci mərtəbədə isə bu iş başa çatmaq üzrədir. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) demək olar ki, 80 faiz yerinə yetirilib. Eyni zamanda, idman və akt zalları, yeməkxana üçün nəzərdə tutulan binalarda da söküntü və suvaq işlərinə start verilib.

Məktəbdə təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.