REGİONLAR


İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində qış imtahan sessiyası onlayn qaydada keçirilir

İsmayıllı, 25 yanvar, AZƏRTAC 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2020-2021- ci tədris ilinin payız semestrinin təşkili və tələbələrin biliyinin qiymətləndirilməsinə dair müvəqqəti qaydalar təsdiq olunub və hazırda həmin qaydalar əsasında onlayn qış imtahan sessiyası keçirilir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə 2020- ci il 29 avqust tarixli qərarının və təhsil nazirinin xüsusi karantin rejimi dövründə ali və orta təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair təlimatın təsdiq edilməsi barədə 2020- ci il 11 sentyabr tarixli əmrinə uyğun olaraq cari tədris ilinin payız semestrində tədris prosesi distant (məsafədən) aparılır. Kollecdə 2020-2021- ci tədris ilinin payız semestrinin təşkili və tələbələrin biliyinin qiymətləndirilməsinə dair müvəqqəti qaydalar təsdiq olunub və hazırda həmin qaydalara əsasında imtahan sessiyası keçirilir.

Qeyd edək ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 13 ixtisas üzrə 862 tələbə təhsil alır. Onlardan 64 nəfəri qiyabi, 798 nəfəri əyani təhsil alır. Tələbələr İsmayıllı rayonu ilə yanaşı respublikamızın 50-yə yaxın şəhər və rayonlarını əhatə edir. Hazırda pandemiya şəraiti ilə əlaqədar olaraq 2020-2021- ci tədris ilinin qış imtahan sessiyası onlayn qaydada keçirilir. İmtahanda 600 nəfərdən çox tələbə iştirak edir. Gün ərzində növbəli şəkildə müəllim və nəzarətçi müəllimlər tərəfindən karantin qaydalarını gözləməklə imtahana 150-200 tələbə qatılır. Bu, əsasən qruplardakı tələbə sayından asılı olaraq dəyişir. Tələbələr onlayn qaydada dərsdə iştirakları, hazırladıqları sərbəst işlər, kollokvium qiymətləri əsasında imtahana buraxılış qiymətləri əldə edirlər. Tələbəyə bilet sualları təqdim edilir, verdiyi cavaba əsasən qiymətləndirmə aparılır. Yekun olaraq tələbənin imtahana giriş balı və ilkin imtahanda topladığı bal cəmlənib imtahan balı elan olunur. Şəffaflıq üçün imtahan komissiyası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.