ELM VƏ TƏHSİL


İsmayıllı Peşə Tədris Mərkəzində istehsalat təlimləri başlayıb

Bakı, 9 mart, AZƏRTAC

İsmayıllı Peşə Tədris Mərkəzinin üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələbələri üçün “İsmayıllı Şərab-2” ASC-nin üzüm sahəsində istehsalat təlimi təşkil edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Təlim zamanı tələbələr xarici ekspertin təlimatı və müşayiəti ilə üzüm tənəklərini budayıblar. Bundan başqa, tələbələr müəssisədə şərabın filtrasiyası, laborator nümunələrin götürülməsi, qablaşdırılması prosesləri ilə tanış olublar.

Qeyd edək ki, İsmayıllı Peşə Tədris Mərkəzi və “İsmayıllı Şərab-2” ASC arasında imzalanmış memoranduma əsasən, tələbələrin istehsalat təlimi keçməsi məqsədilə müəssisə tərəfindən 2 hektar üzüm sahəsi tədris mərkəzinin istifadəsinə verilib.

Tələbələr üzüm sahəsində bütün işləri özləri yerinə yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.